www.khalilov.info

khalilov.info
Əsas səhifə E-dərslər Layihələr Müəllif Əlaqə

Bölmələr

Domain adları

Şəxsi fikirlərim

Xidməti saytlar

Brauzerlər

Proqramlar


Ən çox oxunanlar

Şəkil və foto montaj proqramı

Şəkil montaj etmək daha da asanlaşıb

Saytınız üçün gözəl arxa fon şəkli

Onlayn rejimdə işləyən HTML redaktor

Web 2.0 stilli logoların hazırlanması


Dost saytlar

bizimnet.info

elanlar.com

komputerle.biz

zaka.biz

zeka.az

faydali.az


Statistika

Məqalələrin sayı: 18
Şərhlərin sayı: 1166


NETTY 2010

Məqalə

Saytınız üçün naxışlı arxa fon şəkli

Müəllif: Səyavuş Xəlilov

Yazılıb: 2010-01-06

Saytın dizaynının hazırlanmasında arxa fon şəklinin mühüm yer tutması barədə Saytınız üçün gözəl arxa fon şəkli məqaləsində yazmışdım. Məhz bu məqalənin ziyarətçilər tərəfindən ən çox oxunan olması mənə bu istiqamətdə marağın böyük olmasından məlumat verdi. Sözügedən məqalədə təqdim etdiyim xidməti saytın vasitəsilə zolaqlı arxa fon şəkli hazırlamaq imkanı əldə edirdik. Məqaləyə yazılan şərhlərdə ziyarətçilərin həmdə naxışlı arxa fon şəkli hazırlamaq istəklərini oxudum. Həmin şərhə cavb olaraq yazmışdım ki, belə bir xidməti sayt var və yaxın günlərdə bu barədə məqalə yazacağam. Sözümə sahib olaraq saytınız üçün naxışlı arxa fon şəkli hazırlayacağınız xidməti sayt barədə yazmaq qərarına gəldim. Bu gün sizlərlə imkanını bölüşəcəyim sayt www.bgpatterns.com xidməti saytıdır.

www.stripegenerator.com

Saytın adının açıqlaması dilimizə arxa fon çeşidləri kimi tərcümə olunur. Bu saytın vasitəsilə də ürəyiniz istəyən çeşidli arxa fon şəkillərini saniyələr ərzində hazırlaya bilərsiniz. Xidməti saytdan istifadə qaydalarını aşağıda Sizlərə izah etməyə çalışacağam. Əlbəttə Sizlər, hörmətli ziyarətçilərim, bu izahatsız da keçinərsiniz və xidməti saytın imkanlarından istifadə edə bilərsiniz. Amma yenə də mən bunu özümə vəzifə borcu bilib yazıram.

www.stripegenerator.com

Sayt əsas 4 bölmədən ibarətdir Colors, Canvas, Image və Rotate.
İlk olaraq Colors bölməsi haqqında onu deyim ki, buradan Siz hazırlayacağınız arxa fon şəklinin fonunun və naxışının rəngini seçə bilərsiniz. Yenə də rəng zolağında oxu hərəkət etdirmək və nöqtəni təyin etməklə hazırlayacağınız naxışlı arxa fon şəklinin rənglərini müəyyən edirsiniz.

Image bölməsində bəyəndiyiniz naxışı seçə bilərsiniz. Burada Image scale naxışın ölçüsünü, Location naxışın iki formada təyin olunmasını müəyyən edir. Birinci formada naxış şəklin mərkəsində yerləşir və dörd künc hissələrdə naxışın müəyyən hissələri yerləşir ki, bu da mozaik şəkildə düzüldükdə digər şəkillərlə birləşib naxışı tamamlayır. İkinci formada isə naxışın hissələri yalnız dörd künc hissələrdə yerləşir ki, eyni qayda olaraq bu da mozaik şəkildə düzüldükdə digər şəkillərlə birləşib naxışı tamamlayır. Image opacity naxışın görüntüsünün şəffaflığını müəyyən edir. Rotate bölümündə seçmiş olduğunuz naxışı 360 dərəcə bucaq altında döndərə bilərsiniz.

İndi isə hazırladığınız naxışlı arxa fon şəklinin necə görünəcəyinə baxaq. Bunun üçün saytın sağ tərəfində Apply background linkini klikləmək kifayətdir. Əgər saytda görüntü xoşunuza gəlmədisə seçənəkləri dəyişib yenisini hazırlayın. Zövqünüzə oxşayan naxışlı arxa fon şəklini hazırlamısınızsa Download image linkini klikləyərək şəkli kompüterinizə köçürün.

Ümid edirəm ki, xidməti sayt xoşunuza gələcək. Əgər azda olsa məqalə və ya xidməti saytın imkanları karınıza gəldisə şərhlərdə münasibətinizi bildirin. İndilik Sizlərlə sağollaşıram. Allah amanında!

1656 dəfə oxunub

Şərhlər

Şərh yazıb: rustem
Tarix: 2010-01-25

MEN NECE ELDELIYIM BU FONLARI

Şərh yazıb: Səyavuş Xəlilov
Tarix: 2010-01-25

Rüstəm bəy, naxışlı arxa fon şəklini hazırladığınızdan sonra Sizə görüntülənən nümunəni kompüterinizə köçürmək üçün onun altındakı "Download image" linkini klikləyin.

Şərh yazıb: Samir
Tarix: 2010-02-15

[url]http://khalilov.info[/url]

Şərh yazıb: Tural
Tarix: 2010-02-16

Hecne

Şərh yazıb: aysel
Tarix: 2012-07-15

baki

Şərh yazıb: aysel
Tarix: 2012-07-15

baki

Şərhinizi əlavə edin:

Şəkildəki rəqəmlərin cəmini daxil edin
Cəm

 
Website Feedback
Analitik Əks əlaqə
Azerinter.net - Saytlar Reytinqi Sistemi PageRank Valid CSS! Valid XHTML 1.0 Transitional