|
|
|
|
|
Bölmələr Ən çox oxunanlar Şəkil montaj etmək daha da asanlaşıb Saytınız üçün gözəl arxa fon şəkli Dost saytlar Statistika Məqalələrin sayı: 18 NETTY 2010 |
Əlaqə Adım Səyavuş, Soyadım Xəlilovdur. 1977-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ali təhsili Lənkəran Dövlət Universitetində almışam. İxtisasım Riyaziyyat-İnformatikadır. Bu ixtisasa maraq məndə 10-cu sinfdə oxuyanda yaranıb. 1993-cu ildə orta məktəbdə informatika dərsi keçməyə başladıq. O zamanlar məktəbimizdə Korvet kompüterləri var idi və biz Beyzik dilində proqramlar yazırdıq. Yazdığın proqram kodunu kompüterdə yığıb işə salandan sonra nəticənin alınmasının həzzini yaşamaq çox böyük nemətdir. Bu həzz məni bu ixtisasa yiyələnməyə yönəltdi.
Akademik təhsillə yanaşı müxtəlif proqramların iştirakçısı olmuşam. Respublikada və xaricdə bir sıra təlimlərin iştirakçısı olmuşam. Müəyyən proqramlar üzrə milli və beynəlxalq təlimçi statusuna malikəm Müəyyən dovrlərdə ixtisasım üzrə informatika müəllimi, şəbəkə administratoru işləmişəm. Hal-hazırda maliyyə sahəsində işləyirəm. Kompüter və İnternet isə həyatımın ayrılmaz hissəsidir. Elə bu səbəbdən. Bildiklərimi və öyrəndiklərimi zaman-zaman internet istifadəçiləri ilə bölüşmək üçün bu layihəni reallaşdırmaq qərarına gəldim. Layihənin nə dərəcədə uğurlu olmasına İnşallah Sizlər qərar verərsiniz. |
|
Analitik Əks əlaqə
|